"Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib" - Hikmət Hacıyev
06 noyabr 2020 19:26 (UTC +04:00)

"Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib" - Hikmət Hacıyev

0

"Azərbaycanın işğaldan azad olunan Füzuli bölgəsində qəbiristanlıq ermənilər tərəfindən tamam dağıdılıb. Onlar hətta qəbiristanlıqları belə vandalizm və barbarlığa məruz qoyublar".

Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara əyani baxış keçirməklə Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq: "Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1334

Oxşar yazılar