"Roma Papasının Heydər məscidində söylədikləri..." - Pontifik Şurasının prezidentindən Ramazan müraciəti
08 may 2020 17:32 (UTC +04:00)

"Roma Papasının Heydər məscidində söylədikləri..." - Pontifik Şurasının prezidentindən Ramazan müraciəti

0

Bu il mayın 1-də Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.

APA-nın məlumatına görə, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışda aşağıdakı istinad yer alır.

“Bu baxımdan, Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir””, - müraciətdə bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3187

Oxşar yazılar