Ərdoğan açdı ağzını: “146 azərbaycanlını edama təslim edib...” - İTTİHAM
“1945-cı ildə Azərbaycandan 146 nəfər ziyalı Stalin zülmündən qaçaraq, Araz çayı üzərindəki Boraltan körpüsünü keçib, Türkiyəyə sığınıblar. SSRİ-nin o vaxtkı rəhbəri Stalin həmin azərbaycanlıların dərhal geri qaytarılmasını istəyib”. Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri AKP-nin parlament fraksiyasının toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin dediyinə görə, həmin vaxt SSRİ-dən sərhəd məntəqəsinə telefon açılaraq, sərhədi keçənlərin dərhal geri qaytarılması tələb edilib. Vəziyyətin gərginləşdiyini görən hakim Cümhuriyyət Xalq Partiyası (CHP) sərhəd məntəqəsinə gələnlərin geri qaytarılmasını tapşırıb. Azərbaycan ziyalıları sərhəddə “bizi düşmənə təhvil verməyin, öldürəcəksinizsə siz öldürün, qardaşlarımız öldürsün” – deyə haray çəksələr də, Ankaranın ürəyi yumşalmayıb.
Nəticədə dərhal SSRİ-yə təhvil verilən 146 azərbaycanlı elə oradaca əl-ayaqları bağlanaraq, türk sərhədçilərin gözü qarşısında gülləyə düzülərək, qətlə yetirilir. Ərdoğan, bu əhvalatın bir ağıya döndüyünü deyib və şeir parçasını da səsləndirib:
Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu kafirin yerinə...
Baş nazir deyib ki, bu hadisənin şahidi olan Türkiyə sərhəd məntəqəsinin rəisi evinə döndükdən sonra dözə bilməyərək, intihar edib...

Oxşar yazılar

Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36