Müsavat qapalı müşavirə keçirib - FOTO
Müsavat Partiyasının Mətbuat və İnformasiya Müavinliyindən Lent.az-a verilən məlumata görə, Müsavat Partiyası başqanı İsa Qəmbərin giriş sözü ilə başlayan müşavirə altı saata yaxın davam edib.
Müşavirədə partiyanın rayon-şəhər təşkilatları sədrləri, başqan müavinləri, funksionerlər və partiya fəalları iştirak ediblər. Müşavirədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məruzə ilə çıxış edib. Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və digərlərinin nitqləri dinlənilib. Müşavirədə rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qurultaya hazırlıq mərhələsində bütün təşkilatlarda konfrans və ümumi yığıncaqlarının keçirilməsinin başa çatdırılması, partiyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb edilməsinə diqqətin artırılması, partiya strukturlarının möhkəmləndirilməsi və respublikanın bütün bölgələrində zona müşavirələrinin keçirilməsi barədə tapşırıqlar verilib.
Təşkilat sədrləri və partiya fəalları öz çıxışlarında ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin, demokratik düşərgənin birgə fəaliyyət imkanlarının genişləndirilməsi, xüsusilə İctimai Palatanın strukturlarının möhkəmləndirilməsi və regional strukturların qurulması, partiya üzvlərinin internet şəbəkəsində fəallığının artırılması istiqamətində fəaliyyətləri barədə məlumat veriblər.
Müşavirə mətbuata qapalı keçirilib.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00