Prezident İlham Əliyev: “Türkiyə Azərbaycanın mövqeyini anlayır...” - FOTO
Beləliklə, bütün türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst gedə bilərlər və bu qərara görə biz çox minnətdarıq”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib. Ölkə başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında viza məsələsini baş nazir Ərdoğanla müzakirə edib: “Qərar qəbul edilib ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, bu prosedurlar tamamlanandan sonra Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. “Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq” - deyə, ölkə başçısı əlavə edib.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12