Əliyev və Ərdoğan şəkililərlə görüşüb
Sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olublar. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxıblar.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı məbədi gəzdikdən sonra Kiş kənd sakini İsmayıl İlyasovun həyətinə gəliblər. Qonaqlar İlyasovlar ailəsinin üzvləri ilə söhbət ediblər. Evin sakinləri Azərbaycan dövlətinin başçısının və Türkiyənin baş nazirinin xanımları ilə birlikdə gəlişindən sonsuz sevinc hissi keçirdiklərini bildiriblər. Daha sonra söhbət İlyas və Ənvər Süleymanov qardaşlarının qonşuluqdakı həyətində davam etdirildi. Ev sakinləri qonaqlarla xatirə şəkil çəkdiriblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə də tanış olublar. Daha sonra Azərbaycan prezidenti, xanımı və Türkiyənin baş naziri, xanımı Şəkidəki Aşağı Karvansaray məhəlləsini gəziblər. Şəki ilə tanışlıq zamanı ali qonaqlar sakinlərlə görüşüblər.
Sentyabrın 12-də respublikanın şimal-qərb bölgəsinə səfərini başa çatdıran prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıya qayıdıblar.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12