VHP-nin yubileyindən maraqlı görüntülər-
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) yaranmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirib.
Yubiley mərasimində ölkənin əksər siyasi partiyalarının rəhbərliyi, ziyalılar, millət vəkilləri, diplomatik korpus nümayəndələri və media iştirak edib.
Musavat.com-un məlumatına görə, yubiley tədbirini çıxış sözü ilə açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın keçdiyi tarixi yola nəzər salıb: “Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirib. Vətəndaş həmrəyliyi, milli birlik idealogiyasını təbliğ edən VHP ölkənin aparıcı siyasi partiyalarından biridir. Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil. Nə istiqlal, nə qurtuluş, nə sosial-demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə də ana torpaq. VHP 20 ildir milli birlik və vətəndaş həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir. VHP 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak etmiş, bütün çağırışlarda Milli Məclisdə təmsil olunmuşdur. Hazırda Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiyanın 26 mindən çox üzvü var. Partiyanın əlaqələri ölkə sərhədlərini aşmışdır. Bu gün VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir”.
Fotolar: musavat.com

Oxşar yazılar

İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57
Biz Türkiyə mediasından bunu gözləmirdik! – RƏSMİLƏR NİYƏ SUSUR?
15 iyun 2025 , 18:11
15 iyun - Gələcəyə gedən yol - APA TV
15 iyun 2025 , 13:40
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15 iyun 2025 , 00:01