
Andres Herkel: “Bakıdan cavab gözləyirik”
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanla bağlı məsələlər də müzakirə edilib. Monitorinq Komitəsinin sədri Andres Herkel APA-nın Avropa bürosuna bildirib ki, komitənin bugünkü iclasında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətinə dair hesabatın hazırlanması ilə bağlı müzakirələr olub: «Biz sentyabrın əvvəllərində hesabatımızı Azərbaycan tərəfinə yollamışıq və indi Bakıdan cavab gözləyirik. Prosedura görə, Azərbaycanın cavab üçün 3 ay vaxtı var. Ümid edirəm ki, biz hesabatı AŞPA-nın yanvar sessiyasında artıq müzakirəyə çıxara biləcəyik. Buna görə də, hesabatla bağlı əsas müzakirələrimiz komitəmizin dekabr ayındakı iclasında aparılacaq».
A. Herkel bugünkü iclasda Ramil Səfərov məsələsinə dair müzakirələrin də aparıldığını söylədi: «Bu məsələni ətraflı olmasa da, bu və ya digər formada hesabata salınması haqda da fikir mübadiləsi apardıq».
A. Herkel bugünkü iclasda Ramil Səfərov məsələsinə dair müzakirələrin də aparıldığını söylədi: «Bu məsələni ətraflı olmasa da, bu və ya digər formada hesabata salınması haqda da fikir mübadiləsi apardıq».
Oxşar yazılar

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11