Mətbuat Şurası seçki komissiyalarında monitorinq aparır
Azərbaycan Mətbuat Şurası ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında monitorinqlərə başlayıb.
Şuradan Lent.az-a verilən məlumata görə, monitorinqin məqsəd seçkini işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyətini izləmək, prosesin gedişi zamanı onlara vəzifə səlahiyyətlərini yerinə yetirmələri üçün yaradılan şəraitlə tanış olmaqdır. Məsələ ilə bağlı Şuranın İdarə Heyətinin üzvlərindən ibarət ayrıca monitorinq qrupu da formalaşdırılıb. Qrupun üzvləri hazırda paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrdəki məntəqələrə baş çəkir, vəziyyətlə maraqlanırlar.
Qeyd edək ki, 23 dekabr bələdiyyə seçkisi ilə əlaqədar Mətbuat Şurasında «qaynar xətt» də yaradılıb. Şuranın (012) 561 82 46 və (012) 561 80 37 nömrəli telefonları bu rejimdə işləyəcək. Seçkini işıqlandıran jurnalistlər həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinin həyata keçirilməsinə mümkün maneələr barədə məlumat verə bilərlər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29