Nardaranda ilk dəfə bələdiyyə seçkisi keçirilir
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində ilk dəfə bələdiyyə seçkiləri keçirilir.
APA-nın xəbərinə, 28 saylı Sabunçu III Seçki Dairəsinin Nardaran qəsəbəsində üç - 14, 15 və 29 saylı məntəqələri fəaliyyət göstərir.
14 saylı məntəqədə 1489, 15 saylı məntəqədə 1476, 29 saylı məntəqədə isə 1492 seçici qeydiyyatdadır.
Məntəqələrdən APA-nın Nardaranda olan əməkdaşına bildirilib ki, saat 12.00-a kimi hər məntəqə üzrə 100-dən çox seçici səs verib.
15 saylı məntəqə seçki komissiyasının sədri Ağası Orucov, 14 saylı məntəqə seçki komissiyasının sədri Nailə Əliyeva və 29 saylı məntəqə seçki komissiyasının sədri Dilarə Salahova APA-ya açıqlamalarında bildiriblər ki, Nardaranda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsinə baxmayaraq, proses normal şəkildə davam edir. Onlar qəsəbədə bu dəfə seçkilərin baş tutacağına inamlarını ifadə ediblər.
Məntəqələrdə səsverməni izləyən müşahidəçilər indiyə kimi heç bir qanun pozuntusunun qeydə alınmadığını deyiblər. Məntəqələrin yaxınlığında mühafizə aparan polis əməkdaşları da seçkilərə heç bir müdaxilə baş vermədiyini bildiriblər.
Qeyd edək ki, Nardaranda 11 bələdiyyə yeri uğrunda 14 namizəd mübariz aparır.
Xatırladaq ki, Azərbaycanda 1999 və 2004-cü illərdə keçirilən bələdiyyə seçkiləri Nardaran qəsəbəsində baş tutmayıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29