“Azərbaycanın sülhməramlı əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Lent.az-ın xəbərinə görə, iclasda “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi isə üçüncu oxunuşda qəbul edilib.
Parlamentdə “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov qanunun 1 sentyabr 2010-cu il tarixdən qəbul olunmasını təklif edib. Bu təklif və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul olunub.
Hazırda iclasda “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi müzakirə olunur.
Pərvin ABBASOV

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07