İcra başçısıyla bağlı prokurorluğa müraciət oluna bilər
Mərkəzi Seçki Komissiyasına (MSK) 96 saylı Naftalan-Goranboy seçki dairəsindən daxil olmuş şikayətləri araşdırmaq üçün adıçəkilən rayonlara gedərək məsələni araşdırmış MSK üzvü Tofiq Həsənov bu gün jurnalistlərə açıqlama verib.
Lent.az-ın xəbərinə görə, T.Həsənov deyib ki, Naftalan bələdiyyəsi üzvlüyünə namizədlər və bir qrup müşahidəçi tərəfindən MSK-ya 15-16 sayda müraciət daxil olub. Müraciət etmiş namizəd və müşahidəçilərin izahatlarını alan MSK təmsilçilərinə akt və müvafiq sənədlər, həmçinin foto və videogörüntülər təqdim olunub. Məsələ araşdırıldıqdan sonra bəlli olub ki, həqiqətən də Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayev, İcra Hakimiyyətinin iki nəfər işçisi və polis əməkdaşları 39,40 və 41 saylı seçki məntəqələrinə gediblər. M.Musayev orada polislərə müşahidəçilərin uzaqlaşdırılmasını göstəriş verib, polislər də bunu yerinə yetiriblər.
“Səsvermənin nəticəsinə görə icra başçısının arzuladığı namizədlər seçiliblər. Bu araşdırmanı aparan şəxs kimi hesab edirəm ki, Naftalan bələdiyyəsinə keçirilən seçkilərin nəticəsinin ləğv olunması daha məqsədəuyğun olardı” – deyən T.Həsənov polis əməkdaşlarının cəzalandırılıb - cəzalandırılmamasının, həmçinin toplanmış materialların prokurorluq orqanlarına göndərilib-göndərilməməsinin MSK-nın müvafiq qərarından sonra bəlli olacağını deyib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07