Hüquqşünasların Beynəlxalq Assosiasiyasının rəhbərliyi Bakıya gəlir
Bu il Hüquqşünasların Beynəlxalq Assosiasiyasının (BHA) prezidenti Dr. Fernando Pelaez-Pier, baş katibi Maykl Reynols və icraçı direktoru Mark Ellis Bakıya gələcək. BHA rəhbərliyi Bakıya Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun dəvəti ilə gəlirlər. Bu barədə Lent.az-a Hüquqşünasların Beynəlxalq Assosiasiyasının Şura üzvü, AHK-nın baş katibi Nadir Adilov məlumat verib.
Səfərdə əsas məqsəd BHA-nın tam hüquqlu üzvü olan AHK-nin fəaliyyəti ilə yaxından tanış olmaqla bərabər, Azərbaycanın hüquq siyasəti ilə yaxından tanış olmaqdır. Qonaqların səfər müddətində rəsmi şəxslərlə yanaşı, hüquq mühafizə orqanları ilə, məhkəmələrlə, hüquq firmaları ilə, KİV nümayəndələri ilə, QHT-lərlə, vəkillərlə, müstəqil hüquqşünaslarla, geniş hüquq ictimaiyyəti ilə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində geniş hüquq ictimaiyyətinin iştirakı ilə qarşılıqlı görüş xarakteri daşıyan geniş tərkibli konfransın keçirilməsi də planlaşdırılır. Keçiriləcək görüşlərdə əsas məqsədlərdən biri də Azərbaycan hüquqşünaslarının hüquqşünasların beynəlxalq qurumlarında üzvlüyü məsələləri və o cümlədən, qarşılıqlı əməkdaşlıq yolu ilə hüquq peşəsinin inkişafına dəstəyin müzakirə olunmasıdır.
Beynəlxalq Hüquqşünaslar Assosiasiyası hüquqşünasların professional birliklərini və hüquq cəmiyyətlərini özündə birləşdirən beynəlxalq qurumdur. İndiyədək təşkilata 200-ə yaxın qurum kollektiv şəkildə və 30000-dən çox fərdi qaydada üzvlər qəbul edilmişdir. Təşkilatın əsas vəzifəsi qlobal hüquq icmasına mütəxəssis köməkliyini göstərmək və beynəlxalq səviyyədə hüquqşünasların təcrübə mübadiləsinin təşkilidir.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07