Erməni ailəsiylə bağlı hərtərəfli araşdırma aparılır
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan vətəndaşı Yeğişe Petrosoviç Gevorkyanın ailə üzvləri ilə birgə Azərbaycan ərazisinə keçməsi ilə bağlı hərtərəfli araşdırma aparır.
Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib: “Hadisənin hərtərəfli araşdırılmasına ciddi ehtiyac duyulduğundan hələlik konkret fikir söyləməyi zəruri hesab etmirik. Lakin araşdırma yekunlaşandan sonra hər hansı məlumatın verilməsi də istisna deyil”.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyindən erməni ailəsinin hazırda Azərbaycan ərazisində olduğu bildirilib.
Xatırladaq ki, yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azyaşlı (3, 6 və 7 yaşlı) uşaqlarının da olduğu avtomobillə Azərbaycan ərazisinə daxil olub. Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı yaydığı rəsmi açıqlamada bildirilib ki, Y. Gevorkyan Ermənistan sərhədçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb və sərhəd maneələrini aşaraq Yerasx rayonu istiqamətindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə girib. Azərbaycan əsgərlərinin xəbərdarlıq atəşi açdığı xəbər verilir.
Xatırladaq ki, Ermənistan tərəfi Y. Gevorkyanın quldurluq, avtomobil oğurluğu və digər cinayətlərə görə 8 dəfə məhkum olunduğu da bildirib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07