Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərib
Azərbaycanın Rusiyadakı səfirliyi Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bəyanatları ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Notada Azərbaycan tərəfinin Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin fikirlərindən narazılığı ifadə olunur və bildirilir ki, bu kimi bəyanatlar Azərbaycanla Rusiya arasında tarixən mövcud olan münasibətlərin, həmçinin mövcud əməkdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gəlmir.
Xatırladaq ki, Vladimir Jirinovski Latviya mətbuatına verdiyi açıqlamada Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının zəruriliyini bildirib: “Əgər Dağlıq Qarabağ müstəqilliyini elan eləsə, Rusiya onun müstəqilliyini tanımalıdır”.

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04