Nəticəsi ləğv olunmuş bələdiyyələr üzrə seçki məntəqələri formalaşdırılır
Mərkəzi Seçki Komissiyası (MSK) nəticəsi ləğv olunmuş bələdiyyələr üzrə seçki məntəqələrinin formalaşdırılması ilə bağlı müvafiq dairə seçki komissiyalarına (DSK) göstəriş verib. Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu iş yaxın günlərdə yekunlaşacaq.
Buraxılmış iki DSK-nı isə MSK özü formalaşdıracaq: “Bununla bağlı bizdə iş gedir, yaxın vaxtlarda həll olunacaq”.
Xatırladaq ki, MSK-nın bu il yanvarın 11-də keçirilən iclasında ümumilikdə 30 seçki məntəqəsində və 9 bələdiyyəyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələrinə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə keçirilən seçkilər baş tutmamış sayılıb.
18 seçki məntəqəsinin, 2 dairə seçki komissiyasının tərkibi tam olaraq buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb.
Pərvin ABBASOV

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35