Milli Məclisdə mübahisə
Bu dəfə spikerlə Arzu Səmədbəyli arasında
Parlamentin bu gün keçirilən iclasında Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli Milli Məclis deputatlarının sayının artırılması təklifilə çıxış edib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, o, deputatların sayının 125-dən 201 nəfərə çatdırılmasını təklif edib. A.Səmədbəyli YAP-ı üzvlərinin sayını sün şəkildə artırmaqda da ittiham edib.
Spiker Oqtay Əsədov isə onun dediklərinin heç birilə razılaşmayaraq, öz arqumentlərini dilə gətirib. Bu zaman artıq mikrofonu söndürülmüş A.Səmədbəyli yerindən danışıb. Belə olduqda O.Əsədovla onun arasında mübahisə yaranıb.
O.Əsədov isə ona xitabən “sizdə dinləmək qabiliyyəti yoxdur, gördünüz ki, siz çıxış edəndə biz qulaq asırdıq. Ancaq siz qulaq asmırsınız. Ona görə də dinləməyən adamın sözünə də qulaq asmaq lazım deyil” - söyləyib.
Spiker “YAP-ın üzvlərinin sayı hamıya məlumdur. Heç Müsavat bələdiyyə seçkilərində iştirak etməyə namizəd tapmırdı” - deyə, əlavə edib.
Daha sonra Milli Məclisinin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ səsə qoyularaq qəbul olunub.
İclas fasilədən sonra davam edəcək.
Pərvin ABBASOV

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07