“Canaz” televiziyasının təqdimatı keçirildi
Fevralın 23-də Atatürk Mərkəzində “Canaz” televiziyasının təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, türkoloq alim Ramiz Əsgər fevralın 1-dən internetlə yayıma başlayan televiziyanın ilin sonunda peyk vasitəsilə efirə çıxacağını bildirib.
“Canaz” televiziyasını rəhbəri Camal Məmmədxanoğlu hələ 1995-97-ci illərdə radio yaratdığını, 2 ildən sonra onu bağlamaq məcburiyyətində qaldığını xatırladıb. Yeni yaradılan televiziyanın isə pul qazanmaq deyil, sırf mədəniyyəti təbliğ etmək məqsədi güddüyünü deyib: “Biz əvvəlcə peyk vasitəsilə yayımlanan televiziya almaq istəyirdik, hətta Türkiyədə satışa çıxarılan bir sıra telekanallarla danışıqlar apardıq. Amma bunların ən ucuzu 1 milyon dollar idi və bizim bu televiziyaları almaq üçün maddi imkanımız çatmadı. Ona görə də ilk olaraq, internet televiziyası yaratdıq. Bu televiziya heç bir siyasət güdmür. Lakin iki istiqamətdə siyasət həyata keçirir - Qarabağ məsələsinin həlli və Güney Azərbaycanda ana dilində təhsil mücadiləsi aparan soydaşlarımıza kömək istiqamətində. Müstəqil bir televiziya yaratmaq niyyətindəyik”.
Camal Məmmədxanoğlunun sözlərinə görə, hazırda televiziyanın 3 işçisi var. Lakin televiziya peyk vasitəsilə yayıma başlayandan sonra əməkdaşların sayı artacaq. Televiziyanın əsas yayım mərkəzi İzmirdə olacaq. Ancaq İstanbulda və Bakıda da ofislərin açılması nəzərdə tutulub.
Xəyalə Muradlı

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59