Azərbaycandan İran dini liderinə və səfirliyinə sərt etiraz
Şərqşünas, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli son vaxtlar İranda və Bakıda Azərbaycan əleyhinə aparılan kampaniyaya etiraz olaraq bəyanat yayıb. Bu barədə Lent.az-a açıqlamasında C.Əzimbəyli özü məlumat verib. Bəyanat İranın dini lideri və bu ölkədə fəaliyyət göstərən müctəhidlərə ünvanlanıb. “Mən hesab edirəm ki, özünü müsəlman ölkəsi və “dinin mühafizəçisi” kimi tanıdan bir ölkə üçün bu, bir ayıb əməldir. Seyid Camal Əzimbəyli olaraq təmsil etdiyim onminlərlə inanclı ölkə vətəndaşlarının, eləcə də şəcərəsini daşıdığım müqəddəs seyid ocaqlarının adından İranın dini liderinə bəyanat üvanlamışam. Bəyanatda müsəlman ölkəsi olaraq müstəqil və azad, dini tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycan Respublikasına qarşı İranın məlum dairələrindən qaynaqlanan, zaman-zaman İran hakimiyyəti tərəfindən vüsət alan bu bölücülüyə səbəb olan əməlləri israrla pisləmişəm. Orada qeyd etmişəm ki, bunu müsəlman kəsimindən üzr istəyərək məzhəbi bir şiə bacı-qardaşların taleyinə Allah qatında siz də məsuliyyət daşıyırsınız” – deyə, C.Əzimbəyli bildirib.
Bəyanat ünvanlanan şəxslər bu kimi həssas məsələ ilə bağlı öz mövqelərini sərgiləməyə çağırılıb.
Sənəddə həmçinin, 20 ilə yaxındır Dağlıq Qarabağ və digər rayonlardan didərgin salınan və şəhid edilən azərbaycanlı müsəlmanlar, tapdaq altında olan torpaqların olduğu xatırladılaraq bu şəraitdə özünü dini təəssübkeş sayan, dinin fövqündə daynanan müctəhidlərin susması məsuliyyətsizlik kimi qiymətləndirilib: “Bu günə qədər İrandakı heç bir ayətullah, heç bir dini lider Qarabağ torpaqlarıyla bağlı açıq mövqe sərgiləməyiblər”.
Bəyanatın başqa bir nüsxəsi İran Ali Dini Şurasına göndərilib, digər nüsxəsi isə bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim olunub.
Pərvin ABBASOV

Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55