Azərbaycan Prezidenti: “Türkiyənin yanındayıq”
Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə telefonla zəng edib.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləyib.
Prezident İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edib. O vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq.
Türkiyə Prezidenti öz növbəsində Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51