Polşanın baş naziri İçərişəhərdə gəzintiyə çıxıb
Donald Tuskun üçün Filarmoniya bağında çay süfrəsi təşkil olunub
Martın 10-da Bakıda səfərdə olan Polşanın baş naziri Donald Tuskun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq məqsədi ilə qoruq ərazisində gəzintisi keçirib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, gəzinti zamanı Polşanın baş nazirinə konservasiya üzrə Master Plan əsasında burada aparılan təmir, abadlaşdırma və restavrasiya işləri barədə geniş informasiya verilib.
Gəzinti Qız Qalası ilə tanışlıqdan başlayıb, “Buxara” və “Multanı” karvansaraları, Qoşa Qala Qapıları, Kiçik Qala küçəsi ilə davam edib. Orta əsr şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” barədə Donald Tuskunə ətraflı məlumat verilib.
Gəzintinin sonunda Filarmoniya bağında qonağın şərəfinə çay süfrəsi təşkil olunub. Sonda Polşanın baş naziri İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.

Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51