”Rusiya-Ermənistan hərbi protokoluna həyəcanla yanaşmağa ehtiyac yoxdur”
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Nazir müavini Rusiyanın Azərbaycanla öz ikitərəfli əlaqələrinin olduğunu qeyd edib: “Bizim bu əlaqələri genişləndirmək niyyətimiz var. Ümid edirik ki, Rusiya da bu niyyətdədir. Bu protokol nəyi dəyişir məsələsinə gəlincə, prinsip etibarilə Rusiya Ermənistanda neçə illərdir ki, hərbi baza saxlayır. Bu bazanın saxlanması 25 ilə nəzərdə tutulmuşdu. Protokolun imzalanması ilə müddət 24 il də artırılıb. Prinsipcə, bu bazanın orada saxlanması müddəti uzanır. Ermənistanda yerləşən bazanın rolu və hansısa bir təsiri yəqin ki, 25 il ərzində də özünü göstərə bilərdi. Vaxtı uzatmağı nəzərə almasaq, burada prinsipial dəyişiklik görmürəm. Sadəcə, bu bir daha Rusiyanın Ermənistanla əlaqələrinin xüsusiyyətini göstərir”.
Nazir müavini qeyd edib ki, protokolun imzalanması Rusiyanın Ermənistanda hərbi məqsədlər güddüyünü göstərir: “Bu göstərir ki, Rusiya Ermənistanın ərazisindən bir platsdarm kimi istifadə edir və Rusiya bu hərbi əlaqələrə uzun müddətli yanaşır. Əsas nəticə budur. Gələcəkdə bu hərbi bazanın yerləşdirilməsi səbəbi və ümumiyyətlə, vəziyyət dəyişə bilər. Ona görə də bu məsələyə həyəcanla yanaşmağa ehtiyac yoxdur. Biz əvvəlcədən də bunu gözləyirdik və Rusiya-Ermənistan münasibətlərində həqiqəti bilirdik”.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00