Dəniz Baykaldan ermənilərə dəstək
18 mart 2010 11:00 (UTC +04:00)

Dəniz Baykaldan ermənilərə dəstək

Türkiyənin ana müxalifət lideri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanın “lazım gəlsə, 100 min ermənini deportasiya edərik” açıqlamasına sərt reaksiya verib.


Lent.az-ın məlumatına görə, CHP sədri partiyasının İdarə Heyətinin toplantısında Ərdoğanı kəskin tənqid edib. Baykal “vahiməli bir açıqlamadır, Türkiyəyə işləməyə gələnlərdən hansısa münaqişədə “kozır” kimi istifadə etmək olmaz, bu, insanlığa ziddir”, deyib.


CHP sədri hesab edir ki, baş nazirin bəyanatı qəbuledilməzdir. O, Türkiyə Böyük Millət Məclisində Ermənistanla münasibətlər məsələsi müzakirə edilərkən təklif irəli sürəcəklərini bildirib.
# 548

Oxşar yazılar