SAM-ın rəhbəri Fransaya səfər edəcək
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev martın 29-da Fransaya səfərə yola düşəcək. Mərkəzdən Lent.az-a verilən məlumata görə, martın 31-də SAM-ın rəhbəri Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunda “Dağlıq Qarabağ timsalında Cənubi Qafqazda münaqişələrin həlli perspektivləri” mövzusunda keçiriləcək dəyirmi masada əsas məruzəçi qismində iştirak edəcək. Tədbirdə Fransa parlamentinin üzvləri, tanınmış siyasətşünaslar, iqtisadçılar və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirak edəcək.
Fransaya səfəri çərçivəsində E. Nuriyev Prezident Administrasiyası, parlament, XIN-in rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirəcək. Planlaşdırılmış görüşlər və çıxışlar çərçivəsində Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələr müzakirə olunacaq. Tədbirlərdə həmçinin Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Avropa, əsasən də Azərbaycan-Fransa münasibətlərinin vəziyyəti və inkişafı perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq.

Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51