Türkiyə hökumətindən ermənilərə növbəti hədiyyə
Türkiyənin Səhiyyə Nazirliyi ölkədəki erməni məktəbləri üçün erməni dilində “Həyat bilgisi” və “Riyaziyyat” kitabları, onlara əlavələr nəşr etdirib. Kitablar erməni məktəblərinə pulsuz paylanacaq.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hər şey Türkiyə vətəndaşı olan bir erməni müəllimin təhsil naziri Nemət Çubukçuya göndərdiyi məktubla başlayıb.
Erməni müəllim təhsil nazirindən erməni məktəblərinə pulsuz kitab paylanmasını istəyib. Məktubu dərhal cavablandıran Nemət Çubukçu dərhal lazımi təlimatları verib və iş başlayıb. Öncə erməni məktəblərinə türk dilində kitablar göndərilib.
Ancaq Rəcəb Tayyib Ərdoğanın başında durduğu hökumət bununla da kifayətlənmək istəməyib. Təhsil Nazirliyi ilk dəfə ölkədə dövlət tərəfindən bir etnik azlığın dilində dərs kitablarının nəşri üçün 2011-2012-ci təhsil ili ilə bağlı bir layihəyə başlayıb və işçi qrupu yaradılıb. Əksəriyyəti İstanbulda yerləşən erməni məktəblərində gələn tədris ilində bəzi dərslər Təhsil Nazirliyi tərəfindən hazırlanan erməni dilində kitablardan istifadə olunmaqla keçiriləcək.
Önümüzdəki günlərdə layihə ilə bağlı təqdimat mərasiminin keçirilməsi üçün ölkədəki erməni məktəblərinin müdirləri Ankaraya çağırılıb. Ümumilikdə, 1,2 və 3-cü siniflər üçün 24 min ədəd dərs kitabı nəşr olunacaq və pulsuz paylanacaq.
Xatırladaq ki, hazırda Türkiyədə Təhsil Nazirliyinə bağlı olan 22 erməni məktəbi var. Bu məktəblərin hamısı hələlik İstanbulda yerləşir. Bu vaxta qədər o məktəblər üçün Təhsil Nazirliyi tərəfindən türkcə kitablar nəşr edilib. Qəribə olanı budur ki, məktəblərin 18-də dərslər keçirilsə də, şagird azlığından 4 məktəbdə dərslər keçirilmir. Ancaq şagird olan zaman bu məktəblərdə də dərslər başlayacaq.
Məlumat üçün deyək ki, bu ölkədə hələ Təhsil Nazirliyinə tabe olan hansısa məktəbdə hansısa etnik qrupun dilində təhsil qurulmayıb. Digər tərəfdən, məhz Azərbaycanlıların Soyqırım Günündə bu məlumatın dərc olunması da diqqət çəkir...

Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55