Sabir Rüstəmxanlı: “Əvəz Zeynallını mənə oxşadıb vurublar”
Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov VHP sədri, DAK həmsədri. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını vurmaq istəyib. Lent.az-ın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında S.Rüstəmxanlı özü danışıb. Onun sözlərinə görə, bu il mart ayının 12-də Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında qardaş ölkəyə dəstək aksiyası keçirilərkən adıçəkilən Süleyman Nemətov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını vurub. Sonra isə onu Sabir Rüstəmxanlıya oxşatdığını bildirib. Rəis müavini “elə bildim sən Sabir Rüstəmxanlısan” deyib.
S.Rüstəmxanlı rəis müavinin bu hərəkətini keçən il yaranmış mübahisə ilə izah edib. Belə ki, keçən ilin iyul ayında Çində Uyğur türklərinə qarşı edilən vəhşiliklərə etraz əlaməti olaraq DAK bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirib. Bu zaman rəis müavini ilə millət vəkili arasında mübahisə yaranıb. “Keçən ay Türkiyə səfirliyi qarşısında aksiya keçirilən zaman isə Əvəz Zeynallını mənə oxşadıb vurublar” – deyə, S.Rüstəmxanlı qeyd edib.
Yeri gəlmişkən, Ə.Zeynallı fiziki təzyiqlərə məruz qalmasıyla əlaqədar instansiyalara müraciət edib.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əsasən, millət vəkili statusu daşıyan şəxs toxunulmazdır.
Pərvin ABBASOV

Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55