Milli Məclisin üç komitə sədri Sankt-Peterburqa getdi
Milli Məclisin (MM) komitə sədrləri Arif Rəhimzadə, Rəbiyyət Aslanova, Əli Hüseynov, deputatlardan Fəzail Ağamalı, Adil Əliyev, Məjlum Şükürov aprelin 5-dən 9-dək Sankt-Peterburqda səfərdə olacaqlar. Bu barədə Lent.az-a MM-in mətbuat xidmətindən bildirilib.
Sankt-Peterburqda Parlamentlərarası Assambleya Şurasının iclası, Assambleyanın 34-ü plenar sessiyası, qurumun Siyasi məsələlər və beynəlxalq əlaqələr, Təhlükəsizlik və müdafiə məsələləri, İnsan hüquqları və sosial siyasət, Elm və təhsil daimi komissiyalarının iclasları keçiriləcək. Tədbirlərdə Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi, yerli özünüidarə orqanlarının ümumi prinsipləri, “Əqli mülkiyyətin qorunması haqqında”, “Elmi kəşflərlə bağlı hüquqların qorunması haqqında” model qanun layihələri və digər məsələlər müzakirə olunacaq.
Səfər müddətində Böyük Vətən Müharibəsinin 65-ci ildönümünə və MDB Parlament Assambleyası ilə AŞPA–nın birgə təşkil etdiyi “Avropanın gələcək təhlükəsizliyi” mövzusuna həsr olunmuş iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55