Türkiyə XİN təmsilçisinin İrəvana səfərinin detalları açıqlandı
08 aprel 2010 19:00 (UTC +04:00)

Türkiyə XİN təmsilçisinin İrəvana səfərinin detalları açıqlandı

Türkiyənin Azərbaycandakı səfirliyi bununla bağlı rəsmi məlumat yayıb


Türkiyənin Xarici İşlər Nazirliyinin Aparat rəhbəri, səfir Firudin Sinirlioğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın xüsusi nümayəndəsi kimi aprelin 7-də İrəvana gedib.



Türkiyənin Azərbaycandakı səfirliyindən Lent.az-a bildirilib ki, Sinirlioğlu Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan tərəfindən qəbul edilib və baş nazir Ərdoğanın yazılı mesajını prezident Sərkisyana çatdırıb.


Görüşlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı müzakirələrdə gəlinən mərhələ barədə fikir mübadiləsi aparılıb, bu proseslə bağlı ortaya çıxan çətinliklərə baxmayaraq, yaxalanan fürsətin qaçırılmaması üçün qarşılıqlı anlayış olduğu bildirilib.



Həmçinin, baş nazir Ərdoğan və prezident Sərkisyanın 12-13 apreldə Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi zirvəsi zamanı görüşmələri barədə razılıq əldə edilib.
# 450

Oxşar yazılar