Ərdoğandan Sərkisyana sərt tələb
ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı sammit çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bir araya gələn Ermənistan prezidenti Serj Sərkisyanın jesti türk diplomatları şoka salıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Serj Sərkisyan Vaşinqtonda ABŞ-ın 28-ci sabiq prezidenti Vudro Vilsonun məzarını ziyarət edib.
Vudro Vilson Birinci Dünya Müharibəsindən sonra Sevr anlaşması ilə Osmanlı İmperatorluğundan ermənilər üçün torpaq alıb, müstəqil Ermənistan qurulması ideyasını irəli sürən və dəstəkləyən ABŞ prezidenti kimi tarixdə qalıb. Türkiyə mətbuatı yazıb ki, Ermənistan prezidentinin bu kobud jesti Sərkisyan-Ərdoğan görüşünə kölgə salıb.
“Hürriyet”in əldə etdiyi məlumata görə, Türkiyənin baş naziri ilə Ermənistan prezidentinin görüşü də parlaq keçməyib. Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların yaşaması üçün xarici işlər nazirlərinin mütəmadi görüşmələri qərarlaşdırılıb. Ancaq Rəcəb Tayyib Ərdoğan istənilən halda və şəraitdə Ermənistanın işğal etdiyi Qarabağdan geri çəkilməsi yönündə qəti addımlar görmək istədiyini və bu məsələdə Ankaranın geri çəkilməyəcəyini vurğulayıb.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59