Səfər Əbiyev: “Azərbaycan digər üsullara əl atmağa məcbur olacaq”
Aprelin 17-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini Mişel Flornoyu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqazda hərbi-siyasi durum və Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərginliklər ətrafında da fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Minsk qrupuna daxil olan həmsədr ölkələrin təcavüzkar Ermənistana qarşı təsirlərini artırmayacaqları halda regionda sülhün əldə edilməsinin mümkün olmayacağını bildirib. O, belə bir vəziyyətdə Azərbaycanın digər üsullara əl atmağa məcbur qalacağını qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59