Əli Əhmədov: “Türkiyə tərəfinə minnətdarlıq bildirilməlidir”
Siyavuş Novruzov Müsavat Partiyasını ermənipərəst qüvvələrin göstərişi ilə hərəkət etməkdə günahlandırdı
Bu gün Milli Məclisin iclası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov Azərbaycan prezidentinin ölkənin milli maraqlarını yüksək səviyyədə qoruduğunu söyləyib.
Siyavuş Novruzov deyib ki, torpaqları işğal altında olan Azərbaycana, o cümlədən Türkiyəyə müəyyən dövlətlər və qüvvələr tərəfindən təzyiqlər edilir: “Heç kimə sirr deyil ki, Ermənistanın havadarı olan yeni qüvvələr ortaya çıxıb. Həmin qüvvələr həm də Azərbaycanın daxilində gərginlik yaratmaq istəyirlər”. Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirməyə cəhd göstərdiyi piketi nəzərdə tutan, ancaq ad çəkməyən YAP icraçı katibi hesab edir ki, aprelin 14-də Bakıda piket keçirilməsinə cəhd də həmin kənar qüvvələrin təsirinin nəticəsidir: “Ağaları göstəriş vermişdilər ki, aksiya keçirib, gərginlik yaratsınlar. Buna da etməyə cəhd göstərdilər”.
Spiker Oktay Əsədov isə qeyd edib ki, dünyanın hər yerində aksiyalar nəzərdə tutulan yerlərdə keçirilir.
YAP icraçı katibi Əli Əhmədov hesab edir ki, Azərbaycan parlamentinin üzvləri adından Azərbaycanın maraqlarını qoruduğu üçün Türkiyə tərəfinə minnətdarlıq bildirilməlidir. O, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin fəaliyyətini tənqid edib, onların bəzilərini tərəfkeşlik etməkdə günahlandırıb.
Pərvin

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59