Qənirə Paşayeva: “Bəzən cavan aparıcı yaşlı insanla elə danışır ki, dəhşətə gəlirsən, bir atmaca ilə Azərbaycanın hansısa bir regionunu təhqir edir ”
21 aprel 2010 19:00 (UTC +04:00)

Qənirə Paşayeva: “Bəzən cavan aparıcı yaşlı insanla elə danışır ki, dəhşətə gəlirsən, bir atmaca ilə Azərbaycanın hansısa bir regionunu təhqir edir ”

“Bəziləri deyirlər ki, özəl telekanallar haqqında tənqidi fikirlər səsləndirən zaman onu qara siyahıya salırlar, ona görə də danışmaq istəmirlər”.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən “Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət” elmi-nəzəri konfransında millət vəkili Qənirə Paşayeva söyləyib.

Qənirə Paşayeva bildirib ki, özəl telekanallar görkəmli sənət adamlarının, aşıqların tədbirlərinə dəvət edilsələr də, ya bu tədbirlərə çəkiliş qrupu göndərmir, ya da 1 dəqiqəlik süjet hazırlayırlar: “Ancaq elə şou-biznes təmsilçiləri var ki, telekanalların efirindən düşmürlər. Bir xalqı belə dünyaya tanıtdırmaq, təbliğ etmək olmaz. Elə bu səbəbdən də Mədəniyyət Televiziyasının yaradılmasına ehtiyac var”.

Millət vəkili şou proqramların aparıcılarının da səviyyəsindən gileylənib: “Bəzən cavan aparıcı yaşlı, ziyalı insanla elə danışır ki, dəhşətə gəlirsən. Yaxud aparıcı bir atmaca ilə Azərbaycanın hansısa bir regionunu, o regionun insanlarını təhqir edir. Türkiyədə telekanallarda 1 artıq-əskik ifadə gedəndə deyirlər ki, aman, RTÜK duymasın. Azərbaycanda da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasına ehtiyac var”.
# 349

Oxşar yazılar