Strasburq Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar
22 aprel 2010 10:00 (UTC +04:00)

Strasburq Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də “Sərvinaz Gülməmədova və Vəkil Həsənov Azərbaycana qarşı” işi üzrə qərarı elan edib.


APA-nın Avropa Məhkəməsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakı sakinləri olan bu şəxslər mənzillərinin başqa şəxslər tərəfindən ələ keçirildiyini, məhkəmənin mənzilin sahiblərinə qaytarılması barədə qərar çıxarmasına rəğmən bu qərarın icra olunmadığını bildiriblər.


Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, bu zaman Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı protokolun 1-ci bəndi (mülkiyyət toxunulmazlığı) bəndləri pozulub. Məhkəmə Azərbaycan hökumətinin qərarı qüvvəyə mindikdən sonra üç ay müddətində icra etməli olduğu və Sərvinaz Gülməmmədovaya dəyən maddi ziyana görə 11042, Vəkil Həsənova dəyən maddi ziyana görə 10376 avro, ümumi mənəvi ziyana görə isə 4800 avro ödənməsi barədə qərar çıxarıb.
# 404

Oxşar yazılar