Həmsədrlər Moskvada görüşdülər
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil etmək imkanlarını müzakirə edilib
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskvada işçi görüş keçiriblər.
APA-nın məlumatına görə, görüşdə rusiyalı hazırkı və keçmiş həmsədrlər İqor Popov, Yuri Merzlyakov, amerikalı vasitəçi Robert Bradtke, fransalı həmsədr Bernar Fasie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Vasitəçilər aprelin 20-21-də Bakıda keçirdikləri görüşün nəticələrini, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil etmək imkanlarını müzakirə ediblər.
Bu görüşün mayın 8-də Moskvada keçirilməsi ilə bağlı prezidentlərə müraciət olunması nəzərdə tutulur.
Moskva görüşü ilə bağlı vasitəçilərin bəyanatla çıxış edəcəkləri gözlənilir.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59