Ümid Partiyası mitinqi müzakirə edir
Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, 1 may mitinqinə hazırlıq, Mərkəzi Seçki Komissiyasının seçki dairələrinin formalaşdırılmasında qeydə alınan qeyri-müəyyənliklər və digər təşkilati məsələlər müzakirə olunub.
İlk olaraq çıxış edən partiya sədri, millət vəkili İqbal Ağazadə ölkədəki son proseslərə münasibətini bildirib.
Seçki ilində demokratikləşmə prosesinin vəziyyəti, Azərbaycana beynəlxalq münasibət, paytaxtda və əyalətdə seçki hazırlıqları və s. bu kimi məsələlər partiya funksionerləri tərəfindən müzakirə olunub.
Gündəlikdə duran ikinci məsələ Ümid Partiyasının təyin etdiyi 1 may şənbə günü saat 15:00 mitinqinə hazırlıqla bağlı müzakirələr olub. Mitinq Komitəsinin hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.
Daha sonra iclasda seçki dairələrinin formalaşdırılmasına qeydə alınan qeyri-müəyyənliklər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, seçicilərin sayı ilə dövlət orqanların rəsmi saytlarında bildirilən əhali sayları arasında fərq mövcuddur. Qeyd olunan qeyri-müəyyənliklərlə bağlı Ümid Partiyasının MSK-da təmsil olunan nümayəndəsi Akif Qurbanova məlumat verilib.
İclas təşkilati məsələlərin müzakirəsi ilə başa çatıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07