Bütün ermənilərin katolikosu Bakıda danışdı
II Qaregin: “Dağlıq Qarabağ problemi dinc yolla həll olunmalıdır”
Bütün ermənilərin katolikosu II Qaregin Bakıda keçirilən Dünya Dini Liderlərinin Ümumdünya Sammitində çıxış edib.
APA-nın xəbərinə görə, Qaragein bu tədbirin əhəmiyyətinin böyük olduğunu deyib: “Dinlərarası dialoq mühüm əhəmiyyətə malikdir. Dünyada regional, milli, etnik münaqişələr mövcuddur. Dinlərarası dialoq bu münaqişələrin həllinə kömək edə bilər”.
Xalqları sülhə inandırmağın vacibliyini qeyd edən II Qaregin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyini bildirib: “Problem dinc yolla həll olunmalıdır. Dini liderlərin əsas vəzifələri prezidentlərə dəstək verərək danışıqların davam etdirilməsi və münaqişənin həllinə nail olmaqdır”.
Moskva və bütün Rusiyanın patriarxı Kirillin sülh danışıqlarına dəstəyini yüksək qiymətləndirdiklərini bildirən II Qaregin bu mövzuda növbəti tədbirin İrəvanda keçirilməsi təklifini irəli sürüb və Şeyxülislam Allahşükür Paşazadəni ora dəvət edib.
II Qaregin bildirib ki, bölgədəki bütün bağlı sərhədlərin açılacağı gün uzaqda deyil: “Necə ki, indi şərait yaratdılar biz Bakıya gəldik”.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59