“Erməni soyqırımı” İsrail knessetinin gündəliyindən çıxarıldı
27 aprel 2010 15:30 (UTC +04:00)

“Erməni soyqırımı” İsrail knessetinin gündəliyindən çıxarıldı

Bu barədə Yevda Abramova İsraildən xəbər gəlib

İsrail knessetində dekabrın 28-də müzakirəyə çıxarılmalı olan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ gündəlikdən çıxarılıb. Bu barədə Lent.az-a Azərbaycan – İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov məlumat verib.

O, bildirib ki, az öncə Dostluq Qrupunun İsrail tərəfdən olan rəhbəri Robert Elatovla danışıb: “Elatov sözügedən məsələnin knessetin gündəliyindən çıxarıldığını bildirdi”.

Pərvin ABBASOV
# 269

Oxşar yazılar