Elmar Məmmədyarov İtaliyanın XİN başçısıyla görüşdü
Enerji təhlükəsizliyi görüşdə əsas müzakirə mövzularından olub
İtaliyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov italyan həmkarı Franko Frattini ilə görüşüb. Bu barədə Lent.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Tərəflər ikitərəfli əməkdaşlıq səviyyəsindən məmnunluq bildirib, xüsusilə də iqtisadi sahədə əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıblar.
Nazir F.Frattini ölkəsinin Azərbaycanın birinci ticarət tərəfdaşı olduğundan razılığını qeyd edərək, bunun gələcəkdə də davam edəcəyinə inandığını bildirib.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilərkən nazir E.Məmmədyarov italiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nəticələri və danışıqlar prosesi barədə məlumat verib. Nazir E.Məmmədyarov Azərbaycanın münaqişənin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etdiyini bildirib və münaqişənin həlli üçün bunun uyğun əsas olduğunu vurğulayıb. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda sülh və sabitliyin mümkünsüzlüyünü həmkarının diqqətinə çatdırıb. O, münaqişənin həllinin regionda qarşılıqlı əməkdaşlıq və anlaşmaya, regionun çiçəklənməsinə şərait yaradacağını bildirib.
Məsələyə münasibət bildirən italiyalı nazir F.Frattini Azərbaycanlı həmkarı ilə razı olduğunu və ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini qeyd edib.
Enerji təhlükəsizliyi görüşdə əsas müzakirə mövzularından olub. Nazir F.Frattini Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu vurğulayıb.
Nazir E.Məmmədyarov öz tərəfindən həmkarına regionda cari və perspektivdə olan enerji layihələri barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər, xüsusilə də regional məsələlər, Avropada təhlükəsizlik məsələləri müzakirə edilib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59