BQXK Bakı nümayəndəliyi qurumun Ermənistan nümayəndəliyinə müraciət edib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi Azərbaycan Ordusunun çavuşunun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar qurumun Ermənistan nümayəndəliyinə müraciət edib.
Bu barədə APA-ya BQXK-nin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK çavuş Roman Hüseynovun əsir düşməsi barədə mətbuatdan xəbər tutub. Dərhal bu məlumatların araşdırılması üçün qurum Ermənistandakı nümayəndəliyə sorğu göndərib.
Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələri avqustun 27-də bu ölkənin Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun çavuşu, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun əsir götürülməsi barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumatı hələlik təsdiqləməyib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59