İranda “Şərqi və Qərbi Artpatakan” adlı əyalət haradadır?
Ermənilərin və “iran.ru”-nun yeni “tapıntı”sı
Mayın 3-4-də İranın daxili işlər naziri Mustafa Məhəmməd-Nəccarın Bakıya səfər edəcəyi gözlənilir. Lent.az-ın İSNA-ya istinadən yaydığı xəbərə görə, səfər zamanı Azərbaycanla İslam Respublikası arasında təhlükəsizlik məsələləri ilə bağlı anlaşmanın imzalanması planlaşdırılıb.
Səfər zamanı İran rəsmisini nazirliyin baş katibi, təhlükəsizlik məsələləri üzrə nazir müavini, eləcə də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərinin başçıları, iş adamları müşayiət edəcək.
Xatırladaq ki, Mustafa Nəccar daxili işlər naziri olmazdan öncə Müdafiə Nazirliyinə başçılıq edirdi.
Səfərlə bağlı “iran.ru” saytı Ermənistan mənbələrinə istinadla yaydığı məlumatda ermənilərin bilərəkdən yol verdiyi “səhv”i təkrarlayıb. Xəbərdə mərkəzi Təbriz olan Şərqi Azərbaycan və mərkəzi şəhəri Urmiya olan Qərbi Azərbaycan əyalətləri “Vostoçnıy i Zapadnıy Artpatakan” (“Şərqi və Qərbi Artpatakan”) kimi göstərilib.
Belə “yanlışlıq”larla ermənilər İrandakı Azərbaycan ərazilərinin rəsmi inzibati vahidlərinin adlarını təhrif edir.
Sədrəddin Soltan

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59