Novruz Məmmədov: “Ermənistan iki həftə vaxt istəmişdi...”
“Araz Əzimovun fikirləri bu gün danışıqlar prosesində gedən məsələlərin müəyyən mənada hərtərəfli açılışıdır. Nazir müavini orda olan məsələləri ortaya qoyub”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanın Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt istədiyini bəyan edib.
N.Məmmədov bu təkliflərin hamısının həmsədrlər tərəfindən hazırlandığını bildirib: “Bu nöqteyi-nəzərdən doğrudan da Ermənistan təkcə bu iki rayonla bağlı yox, münaqişənin həli ilə, Araz Əzimovun qaldırdığı məsələlərin hamısı ilə bağlı vaxt istəyib. Bu vaxt təxminən iki həftə idi. Lakin bir neçə ay keçib, amma onlardan konkret reaksiya yoxdur”.
Şöbə müdiri həmsədrlərin bununla bağlı işlədiklərini, tərəflərlə əlaqə saxladıqlarını qeyd edib: “Ola bilsin ki, yaxın zamanlarda tərəflərin mövqeyini biləcəyik. Qaldırılan məsələ münaqişənin həlli üçün ən düzgün yoldur. Başqa yol yoxdur. Bunu Ermənistan yaxşı başa düşməlidir. Bu, beynəlxalq ictimaiyyət, həmsədr ölkələrin rəhbərləri üçün də bir fürsətdir. Bununla bağlı Ermənistana təzyiq göstərib, məsələnin həlinə çalışmaq lazımdır”.
“Bu ilin sonuna kimi müharibə qaçılmaz ola bilərmi” sualına N.Məmmədov “Müharibə ilə bağlı proqnoz vermək çətindir. Lakin biz hər an torpaqlarımızı istənilən yolla azad etməyə hazırıq” cavabını verib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu gün keçiriləcək Vyana görüşü barədə sualı cavablandıran PA rəsmisi deyib ki, həmsədrlər Vyanada Araz Əzimovun səsləndirdiyi məsələlərlə bağlı iş aparırlar: “Onların vəzifəsi bundan ibarətdir ki, özlərinin hazırladıqları bu layihənin Ermənistan tərəfindən də qəbul olunmasına çalışsınlar”.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07