Ayətullah Xamneyi: “Qarabağdakı seperatçı rejimlə hər cür əlaqə haramdır!”
SalamNews İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İranın ali dini lideri Ayətullah Xamneyiyə ünvanladığı sorğusuna cavab verilib. Tehranın Azərbaycan xiyabanında yerləşən İranın dini liderinin baş ofisi Qarabağ münaqişəsi ilə bağlı öz fətva və siyasi mövqeyini açıqlayıb.
“Ayətullah Xamneyinin Qarabağ məsələsinə mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir Ayətullah kimi onun fətvasıdır. Bu fətva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır.
Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”, - sorğunun cavabında vurğulanıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07