Bakıda NATO-nun iclası başladı
18 may 2010 17:30 (UTC +04:00)

Bakıda NATO-nun iclası başladı

Bu gün Bakıda NATO Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası başlayıb.


Lent.az-ın verdiyi məlumata görə, iki gün davam edəcək iclasın birinci günündə üzv və tərəfdaş ölkələr üçün iclas keçirilir. Sabah isə yalnız NATO-ya üzv ölkələr üçün Türkiyənin Azərbaycandakı səfirliyində qapalı iclas düzənlənəcək. Bu gün keçirilən toplantını giriş sözü ilə NATO baş katibinin köməkçisi Mauripir Yoxen açıb. O, toplantıda müzakirə olunacaq məsələlər barədə iştirakçılara məlumat verib.


Daha sonra Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edib. Fövqəladə hallar naziri Azərbaycanın NATO ilə əməkdaşlığından danışıb. Kəmaləddin Heydərov deyib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra fövqəladə planlaşdırma sahəsində NATO ilə əməkdaşlıq genişlənməyə başlayıb. Bu sahədə əməkdaşlığın əsas istiqamətləri fövqəladə hallara hazırlıqla bağlı milli imkanların artırılmasında NATO-nun ekspertiza yardımının əldə edilməsi, NATO mənzil-qərargahında keçirilən tədbirlərdə mütəmadi iştirak və digər məsələlərdir.


Fövqəladə hallar naziri qeyd edib ki, ölkə ərazisində təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində NATO-nun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir: “Eyni zamanda NATO ilə əməkdaşlığın özülünü təşkil edən Fərdi Tərəfdaşlıq Əməliyyat Planı çərçivəsində əməkdaşlıq davam edir. Bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar