Həsən Zeynalov Qarsın fəxri vətəndaşı olacaq
Keçmiş baş konsulun şərəfinə ziyafət təşkil olundu, hədiyyə verildi
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Həsən Sultanoğlunun şərəfinə (Zeynalov) vida yeməyi verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ziyafəti Qars Bələdiyyə başqanı Nevzat Bozkuş təşkil edib.
Ziyafətdə Nevzat Bozkuş və Həsən Sultanoğluyla yanaşı bələdiyyə başqanının müavinləri, bələdiyyə üzvləri və başqaları qatılıb.
H.Sultanoğlu çıxışında 6 ildir Qarsda olduğunu, bu müddətdə qarslıların ona münasibətinin çox yaxşı olduğunu deyib. “Qarslılar bizlərin çox zəhmətini çəkdi. Qarsdan ayrılmaq mənim üçün çox çətindir. Sizlərə mənə göstərdiyiniz diqqət və dəstəyinizə görə təşəkkür edirəm” – deyə, o əlavə edib.
Tədbirin sonunda Həsən Sultanoğluna Qarsla bağlı bir plaket və xalı hədiyyə edilib. Bundan başqa, ona Qarsın fəxri vətəndaşı olması barədə qərar qəbul edilməsilə bağlı bələdiyyənin toplantısı keçiriləcək.
Qeyd edək ki, H.Sultanoğlu Qarsdakı baş konsul vəzifəsinə 2004-cü il iyulun 15-də başlayıb. Bu il mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07