Kılıçdaroğlu: “Azərbaycanlı qardaşlarımız arxayın olsunlar”
“Azərbaycana sevgi və sayğılarımı göndərirəm. Azərbaycan bizimlə qardaş və soydaş bir ölkədir, Türkiyə ilə Azərbaycan arasında bu baxımdan heç bir fərq yoxdur”.
Bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı Atatürk İdman Salonunda keçirilən 33-cü Qurultayını izləyən APA-nın əməkdaşına eksklüziv açıqlamasında 1200 rəsmi qurultay nümayəndəsinin imzası ilə CHP sədri vəzifəsinə namizəd göstərilmiş millət vəkili Kamal Kılıçdaroğlu deyib.
Qurultay salonunda APA-nın suallarını cavablandıran K. Kılıçdaroğlu hakimiyyətə gəldikdən sonra Azərbaycan torpaqlarının işğaldan xilas edilməsi üçün hər şeyi edəcəklərini vurğulayıb: “Azərbaycanlı qardaşlarımız arxayın olsunlar. İqtidara gələn kimi, Azərbaycanla eyni proqram çərçivəsində hərəkət edəcəyik”.
K. Kılıçdaroğlu Türkiyə-Ermənistan protokolları mövzusunda suala cavabında bu protokolların imzalanmasının yanlış addım olduğunu söyləyib: “Daha əvvəl də dəfələrlə bəyan etdiyimiz kimi, bu addım yanlış idi. Biz iqtidara gəldikdən sonra Azərbaycanın mənafeyinə uyğun siyasət yeridəcəyik”.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası hazırda Türkiyənin ana müxalifət partiyasıdır. Xalq arasında böyük populyarlığa malik olan K. Kılıçdaroğlu CHP lideri vəzifəsinə namizədliyini açıqladıqdan sonra partiyanın reytinqi 32%-ə yüksəlib. Bir il sonra - 2011-ci ilin yayında ölkədə parlament seçkiləri keçiriləcək.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07