“Türkiyə-Ermənistan sərhədinin açılması qardaşlarımıza həqarət olar”
56-cı Ecevit hökumətinin turizm naziri, müstəqil millət vəkili Əhməd Tanın APA-ya müsahibəsi
- 2007-ci ildə keçirilmiş seçkidən sonra Demokratik Sol Partiyasının CHP-yə birləşməsinin vacibliyindən danışan kimi sizi DSP-dən xaric etdilər. Ancaq siz CHP-ni dəstəkləməyə davam etdiniz. Son qurultaydan sonra rəsmən CHP-yə nə vaxt keçəcəksiniz?
- Bunun nə vaxt olacağı hələlik dəqiq məlum deyil. Ancaq türk solunun yenidən CHP ətrafında birləşdiyini görürük. Kamal Kılıçdaroğlunun dalınca gedən ilk millət vəkili mən olmuşdum. Keçənilki bələdiyyə seçkisində İstanbul bələdiyyəsinə namizəd olan Kılıçdaroğlunu dəstəkləmişdim. Bu davranışıma görə məni DSP-dən xaric etdilər.
- Rahşan Ecevit də CHP qurultayında idi. Onun qurultaya gəlişi sizi haqlı çıxarmırmı?
- Siz də gördünüz. Mən jurnalist olduğuma görə vətəndaşların ehtiyaclarını daxildən görə bilirəm. CHP daha da güclənəcək. Vətəndaşlar Tayyib Ərdoğandan yorulub. İqtidarda 8 il qalmaq uzun bir müddətdir. Üstəlik bu müddətdə xalqa heç nə vermədilər. Bu baxımdan CHP-dəki dəyişiklik çox gözəl işdir. Bunlar “açılım” dedilər, ancaq ən gözəl açılımı CHP nümayiş etdirdi.
- “Açılım” demişkən, AKP-nin “erməni açılımı”nı da dəyərləndirməyinizi istərdim.
- AKP heç bir “açılım”ın içini doldura bilmədi. Ancaq CHP bu açılımların içini dolduracaq. Əgər xalq bizə güclü dəstək versə, Ermənistan siyasətimizdə təzyiq metodlarından güclü şəkildə istifadə edəcəyik. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında tutarkən sərhədin açılması qardaşlarımıza tamamilə həqarət olardı.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07