![ABŞ Konqresində 28 May Respublika Günü qeyd olunub](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
ABŞ Konqresində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Demokratik Respublikasının (ADR) 92-ci ildönümü münasibətilə ABŞ Konqresində məşhur “Cannon Caucus” zalında təntənəli qəbul mərasimi keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, ziyafətdə ABŞ Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət Nazirliklərinin və digər ABŞ dövlət orqanlarının rəsmiləri, Vaşinqtondakı elmi tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, ABŞ şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, ABŞ-da akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan Səfirliyinin əməkdaşları və digər şəxslər iştirak edib.
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqları salamlayaraq, ADR-in Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpasında önəmli rol oyandığını bildirib. O, 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən qazanmış Azərbaycanın inkişaf etməkdə davam etdiyini və regionun həm siyasi, həm də iqtisadi cəhətdən lider dövləti olaraq inamla irəliyə doğru addımladığını vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu modernləşmə siyasətinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, həmçinin Respublika Günü münasibətilə təbrik bəyanatları ilə çıxış etmiş ABŞ konqresmenlərinə öz təşəkkürünü bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Nəqliyyat komitələrinin üzvü, həmçinin “Azərbaycan üzrə İşçi Qrupu”n həmsədri Bill Şuster ADR-in böyük tarixi önəmini vurğulayaraq, Azərbaycan xalqını və hökumətini bayram münasibətilə ürəkdən təbrik edib. Konqresmen çox dinamik və həssas regionda yerləşən Azərbaycanın ABŞ üçün son dərəcə önəmli müttəfiq olduğunu vurğulayıb. O, dünyada enerji təhlükəsizliyinin təminatında və ABŞ-ın Əfqanıstandakı və digər qaynar nöqtələrdəki sülhyaratma səylərində Azərbaycanın oynadığı rolu xüsusilə qeyd edib. Konqresmen ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycana qarşı yönəlmiş ədalətsiz 907-ci əlavənin tezliklə ləğvinə çağırıb.
Sonra Vaşinqton şəhəri merinin şəxsi nümayəndəsi, meriyanın protokol idarəsinin rəisi Patrisia Elvud çıxış edərək, mer Adrian Fentinin Azərbaycan Respublikasına və xalqına ünvanladığı təbrik məktubunu oxuyub. ABŞ paytaxtının inkişafına verdiyi mədəni töhfəyə görə Azərbaycan Səfirliyinə təşəkkür ifadə edilib.
Mərasimdə Heydər Əliyev Fondunun hazırladığı kitablar, “İRS” jurnalının ADR-in ildönümünə həsr olunmuş ingilisdilli sayı, LiderTV-nin hazırladğı film və Azərbaycandan bəhs edən digər nəşrlər iştirakçılar arasında paylanıb.

Oxşar yazılar
![Mehriban Əliyevadan Qurban bayramı paylaşımı](https://www.lent.az/storage/news/2024/june/16/big/666e8c9202f8b666e8c9202f8c1718520978666e8c9202f85666e8c9202f88.jpg)
Mehriban Əliyevadan Qurban bayramı paylaşımı
16 iyun 2024 , 10:55![İlham Əliyevdən bayram PAYLAŞIMI](https://www.lent.az/storage/news/2024/june/15/big/666dca94b9250666dca94b92541718471316b00e18aa519cd578d4b242e376e70331.jpg)
İlham Əliyevdən bayram PAYLAŞIMI
15 iyun 2024 , 21:09![Tramp Putinlə yaxşı münasibətləri olduğunu ETİRAF etdi](https://www.lent.az/storage/news/2024/june/14/big/666c0550d0bfb666c0550d0bfc1718355280666c0550d0bf4666c0550d0bf7.jpg)
Tramp Putinlə yaxşı münasibətləri olduğunu ETİRAF etdi
14 iyun 2024 , 19:38![Putin ilk dəfə Kiyevi niyə ələ keçirmədiyini AÇIQLADI](https://www.lent.az/storage/news/2024/june/14/big/666c37fb6abaa666c37fb6abab1718368251666c37fb6aba4666c37fb6aba7.jpg)
Putin ilk dəfə Kiyevi niyə ələ keçirmədiyini AÇIQLADI
14 iyun 2024 , 16:44![Sabir Rüstəmxanlıdan Bəhruz Məhərrəmova İRAD: "Ay cavan oğlan, sən nə qazanırsan?"](https://www.lent.az/storage/news/2024/june/14/big/666c051cbb1d2666c051cbb1d31718355228666c051cbb1cc666c051cbb1cf.jpeg)
Sabir Rüstəmxanlıdan Bəhruz Məhərrəmova İRAD: "Ay cavan oğlan, sən nə qazanırsan?"
14 iyun 2024 , 12:54![Naxçıvan yenə atəşə tutuldu](https://www.lent.az/storage/news/2024/june/14/big/666bcef977541666bcef9775421718341369666bcef97753c666bcef97753e.jpg)
Naxçıvan yenə atəşə tutuldu
14 iyun 2024 , 09:02Paşinyan Levon Ter-Petrosyanı saxtakarlıqda İTTİHAM etdi
13 iyun 2024 , 14:33![Fəzail Ağamalı](https://www.lent.az/storage/news/2024/june/13/big/666aa25972e1f666aa25972e201718264409666aa25972e19666aa25972e1c.jpg)