Azərbaycanda Respublika Günüdür
Bu gün Azərbaycanda Respublika Günü bayram olaraq qeyd edilir. Lent.az xatırladır ki, 92 il əvvəl - 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Bununla da Azərbaycan uzun illərdən sonra Rusiyanın müstəmləkəsi olmaqdan qurtulub.
Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib.
AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal edib.
Yalnız 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27