“Bakı yalnız Azərbaycanın yox, bütün bölgənin paytaxtıdır”
Bunu “Hürriyyet Daily News” portalının baş redaktoru deyib
“Bakı yalnız Azərbaycanın yox, bütün bölgənin paytaxtıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Hürriyyet Daily News” portalının baş redaktoru Devid Jadson verib.
Azərbaycana ilk səfər etdiyini deyən baş redaktor keçirdiyi görüşlərdən və Bakı ilə tanışlığından çox məmnun olduğunu söyləyib. O bildirib ki, görüşlər zamanı Azərbaycan üçün ən önəmli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Qırğızıstandakı hadisələr, Xəzər regionunun problemləri, enerji məsələləri, boru xətləri, “Nabucco” layihəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıb.
“Hürriyyet Daily News”da dərc olunmuş bir yazıda Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim olunmasına münasibət bildirən baş redaktor həmin yazını “talesiz bir xəbər” adlandırıb. Bu yazının Azərbaycanda narahatlıq doğurmasından xəbərdar olduğunu deyən Devid Jadson bunun böyük hadisə olmadığını deyib: «Bizim qəzetimizin siyasəti ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Minsk Qrupu tərəfindən həll olunmalıdır. Bu problem dünya ictimaiyyətinin nəzərində olan bir məsələdir. Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir ərazisi hesab edirəm”.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27