Konstitusiya Məhkəməsinin hakimləri təsdiqləndi
Azərbaycan Milli Məclisinin bugünkü iclasında Konstitusiya Məhkəməsinin hakimliyinə namizədlər təsdiqlənib.
APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, Kamran Şəfiyev, Ceyhun Qaracayev, Fikrət Babayev, Rövşən İsmayılov, Rafael Qvaladze və Sona Salmanovanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, namizədlərdən ikisi Milli Məclisin əməkdaşıdır. Kamran Şəfiyev Milli Aparatının Kadrlar İdarəsinin müdiri, Ceyhun Qaracayev isə parlamentin Qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev hakimin ədalətli işləməsinin əmək haqqından keçdiyini deyib: “Onların əmək haqlarının yüksək olmasına baxmayaraq, yenə də artırılmalıdır. Bütün hakimlər avtomobillə təmin olunmalıdırlar”.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiqlənib.
Bundan sonra Konstitusiya Məhkəməsinin hakimliyinə təsdiqlənən şəxslər Milli Məclis qarşısında gələcək fəaliyyətlərində ədalətli və namusla işləyəcəklərinə dair and içiblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də çıxış edərək Milli Məclisə hakimliyə namizədlərə göstərilən etimada görə təşəkkürünü bildirib.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27